• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9425
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

İlham Əliyev Estoniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

23 Sentyabr, 26 / 11:28
A A

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Estoniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiyna Nirki qəbul edib.

Zefer.media  bildirir ki, görüş zamanı səfir etimadnaməsini Prezidentə təqdim edib.

İlham Əliyev Azərbaycan-Estoniya əməkdaşlığının genişləndirilməsi üçün qarşılıqlı səfərlərin və müxtəlif səviyyələrdə əlaqələrin əhəmiyyətini qeyd edib.

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin inkişafını vurğulayan dövlət başçısı bu il Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın ölkəmizə səfərləri barədə danışıb.

Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.

Tiyna Nirk Azərbaycanla Estoniya, eləcə də ölkəmizlə Avropa İttifaqı arasında münasibətlərin inkişafı üçün bütün səylərini göstərəcəyinə əmin edib.

Səfir Azərbaycanın Orta Dəhlizdə mühüm mövqeyə malik olduğunu qeyd edib. O, siyasi dialoq, biznes, informasiya texnologiyaları, logistika və digər istiqamətlər də daxil olmaqla, bir çox sahələrdə tərəfdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb.

Tiyna Nirk təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanlara da toxunaraq, Estoniyada 200-ə yaxın azərbaycanlı tələbənin təhsil aldığını bildirib.

Səfir Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımı yüksək qiymətləndirib.

Görüşdə Estoniyanın Azərbaycanda səfirliyinin açılmasının ikitərəfli münasibətlərin gələcək inkişafına mühüm töhfə verəcəyi vurğulanıb. Ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyəti ilə bağlı məsələlərə toxunulub və qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.

Bənzər Xəbərlər

Gündəm

Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın qeyri-neft iqtisadiyyatında yeni sahə açır – Tənzilə Rüstəmxanlı

Sentyabr 23, 2026
Gündəm

ADSEA sədrinin vətəndaşlarla görüş tarixi dəyişdirilib

Sentyabr 23, 2026
Gündəm

İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə Dövlət Proqramını təsdiqləyib

Sentyabr 23, 2026
Gündəm

“ABAD”ın yaradılmasından 10 il ötür 

Sentyabr 23, 2026
Manşet

İranla münaqişə uzun müddət davam edəcək - BƏƏ

Sentyabr 22, 2026
Gündəm

FHN əməkdaşları yuxuda olan iki uşağı xilas edib

Sentyabr 22, 2026

XƏBƏR LENTİ

Əminə Ərdoğandan uşaqların rəqəmsal dünyada təhlükəsizliyi ilə bağlı çağırış

23 Sentyabr, 26 / 19:42

Bakı-Şamaxı yolunda hərəkətdə olan avtomobildə yanğın baş verib

23 Sentyabr, 26 / 19:27

Navrotski Ərdoğanın revolverinə qılıncla cavab verib

23 Sentyabr, 26 / 19:22

Tramp Hikmət Hacıyevin müsahibəsini öz sosial şəbəkə hesabında paylaşıb

23 Sentyabr, 26 / 19:19

İrəvan Ermənistanla Türkiyə arasındakı sərhədin açılmasını səbirsizliklə gözləyir - Paşinyan

23 Sentyabr, 26 / 19:17

Paşinyan Nyu-Yorkda Azərbaycanla sülh və “TRIPP” layihəsindən danışıb

23 Sentyabr, 26 / 19:14

Özbəkistan Naxçıvandan Türkiyəyə uzanan dəmir yolu layihəsinə qoşulmağa hazırlaşır

23 Sentyabr, 26 / 19:10

Ukrayna Silahlı Qüvvələri Rusiyanın taxılını Şimal qütb dairəsinə qədər qovub

23 Sentyabr, 26 / 19:04

Ciqan öz evində atəş açıb və personalı 10 saat girov saxlayıb

23 Sentyabr, 26 / 18:58

İran prezidenti onunla müharibə aparan ölkəyə gedib

23 Sentyabr, 26 / 18:55

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.