Polşa prezidentinin Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marsin Pşidaç Navrotski Ərdoğana cavab hədiyyəsi olaraq qılınc təqdim edib.
Zefer.media bunu xarici mənbələrə əsasən bildirir.
“Ankarada revolver var idi. Nyu-Yorkda isə Polşa qılıncı.
NATO sammiti zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Polşa prezidenti Karol Navrotskiyə üzərində adı yazılmış revolver hədiyyə edib.
Bu gün BMT Baş Assambleyasının 81-ci sessiyası münasibətilə Polşa prezidenti cavab olaraq Türkiyə liderinə Polşa qılıncı təqdim edib.
Bu gün təhlükəsizlik sahəsində mühüm maraqları birləşdirən dövlətlərin hərbi ənənələrinin iki simvolu və iki əlamətdar hədiyyəsi”.
O, bunları “X” sosial şəbəkəsində yazıb.
Lalə Qurbanlı

















