Dünya

Ciqan öz evində atəş açıb və personalı 10 saat girov saxlayıb

23 Sentyabr 2026, 18:582
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“Mash”ın məlumatına görə, hadisə iyulun 3-dən 4-nə keçən gecə Moskvaətrafı “Şato Sovren” qəsəbəsində baş verib. 

Zefer.media xarici KİV-lərə istinadən bildirir ki, iddialara görə, sərxoş vəziyyətdə olan repçi “Sayqa-9” karabini ilə silahlanıb, mühafizəçiləri və xidmət personalını evə toplayaraq onları ittiham etməyə başlayıb.

Bildirilir ki, Ciqan mühafizəçilərdən birini silah hədəsi ilə pedofiliya törətdiyini etiraf etməyə məcbur edib. Daha sonra ona qaçmaq üçün bir neçə saniyə vaxt verib və atəş açıb. Hadisənin repçinin uşaqlarının gözü qarşısında baş verdiyi bildirilir.

Nəticədə Ciqanı zərərsizləşdirmək mümkün olub. Bundan sonra o, İsraildə reabilitasiya mərkəzinə yerləşdirilib. Sənətçinin özü də həqiqətən oradan foto və videolar yayımlayıb. KİV-in iddiasına görə, Oksana Samoylova hadisənin baş verdiyini təsdiqləyib.

Lalə Qurbanlı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600