• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9425
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın qeyri-neft iqtisadiyyatında yeni sahə açır – Tənzilə Rüstəmxanlı

23 Sentyabr, 26 / 14:39
A A

Dağ-mədən sənayesi Azərbaycanın iqtisadi potensialının mühüm istiqamətlərindən biri olmaqla yanaşı, qeyri-neft sektorunun inkişafında da əhəmiyyətli rol oynaya bilər. Ölkəmizin zəngin mineral-xammal bazası, əlverişli coğrafi mövqeyi və sənaye potensialı bu sahənin daha geniş miqyasda inkişaf etdirilməsi üçün mühüm imkanlar yaradır.

media-whatsapp-image-2026-09-20-at-08-17-03

Bununla belə, uzun illər ərzində mövcud potensialdan tam və səmərəli istifadə etmək mümkün olmayıb. İşğal faktoru da Azərbaycanın bir sıra mühüm mineral yataqlarından istifadəsini məhdudlaşdıran əsas amillərdən biri olub.

Prezident İlham Əliyev sentyabrın 22-də “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə Azərbaycanda dağ-mədən sənayesinin inkişafını həm obyektiv, həm subyektiv səbəblərə görə əngəlləyən səbəblərdən söz açıb.

Dövlətimizin başçısı dağ-mədən sənayesinin ölkə iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıdığını vurğulayaraq bildirib ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını, yəni qızıl, mis, molibden yataqlarımızı talamaqda da davam etdirirdi.

30 il ərzində Ermənistanın əsarətində olan tarixi Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bu əzəli bölgələrimizdə yenidənqurma, bərpa-tikinti işlərinə başlanılıb. Güclü dövlət olan Azərbaycan işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı yüksək səviyyədə təmin etmək əzmindədir. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, qeyd olunan ərazilərdə böyükmiqyaslı bərpa və quruculuq işlərinə başlanılması deyilənləri əyani şəkildə təsdiqləyir.

Müasir çağırışlar nəzərə alınmaqla son 10 ildə ölkəmizdə dağ-mədən sənayesinin yeni inkişaf konsepsiyası işlənib hazırlanıb və uğurla həyata keçirilməkdədir. Ölkə rəhbəri müşavirədə müasir geoloji üsullarla mövcud yataqların potensial ehtiyatlarının tam dəqiqləşdirilməsi ilə bağlı konkret tapşırıqlar da verib. Qeyd olunub ki, sovet dövründə müəyyən rəqəmlər olsa da, o dövrdən təxminən 40 il keçdiyindən həm məlumatlar köhnəlib, həm də bu gün yeni texnologiyalar mövcuddur.

Eyni zamanda, istər sovet dövründə, istərsə də son illərdə Naxçıvan Muxtar Respublikasının ərazisində geoloji kəşfiyyat işlərinin lazımi səviyyədə aparılmadığını diqqətə çatdıran Prezident İlham Əliyev burada ehtimal olunan yataqların lazımınca öyrənilmədiyini bildirib. Bu məqsədlə gələn ildən muxtar respublikada geoloji kəşfiyyat işlərinə başlanacağı diqqətə çatdırılıb.

Prezident İlham Əliyev müşavirədə ölkədə metallurgiya sənayesinin, o cümlədən alüminium istehsalının inkişaf etdirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib. Dövlət başçısı ölkə iqtisadiyyatına səmərə verə biləcək mexanizmlər tətbiq edilməklə bu önəmli sənaye istiqamətinin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd olunub ki, yeni proqram əsasında 2030-cu ilin sonuna qədər ölkəmizdə alüminium istehsalı 100 min tona çatdırılmalıdır.

“Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nın maliyyə təminatının bütün müvafiq qurumlarla razılaşdırıldığını bildirən Prezident İlham Əliyev onun icrasında yerli və xarici investorların da iştirakı üçün lazımi şəraitin yaradılacağını vurğulayıb.

Tezliklə dağ-mədən sənayesinin inkişafı Azərbaycanın qeyri-neft iqtisadiyyatının şaxələndirilməsinə, sənaye potensialının genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına, regionların iqtisadi fəallığının artmasına və ixrac imkanlarının genişlənməsinə mühüm töhfə verə bilər.

Qarşıdakı illərdə bu sahədə həyata keçiriləcək layihələr Azərbaycanın zəngin mineral ehtiyatlarının iqtisadi üstünlüyə çevrilməsinə imkan yaradacaq. Başqa sözlə, dağ-mədən sənayesi də ölkə iqtisadiyyatının inkişafında öz sözünü deyəcək və qeyri-neft sektorunun yeni artım mənbələrindən birinə çevriləcək.

Bənzər Xəbərlər

Manşet

İranla münaqişə uzun müddət davam edəcək - BƏƏ

Sentyabr 22, 2026
Gündəm

FHN əməkdaşları yuxuda olan iki uşağı xilas edib

Sentyabr 22, 2026
Gündəm

“Birliyin Gücü – 2026″ birgə hərbi təliminin açılış mərasimi keçirilib

Sentyabr 22, 2026
Gündəm

Ağdam–Xankəndi dəmir yolu xəttinin bərpası davam etdirilir

Sentyabr 22, 2026
Manşet

Niyə həmişə yorğunuq? — Psixoterapevtdən XƏBƏRDARLIQ

Sentyabr 22, 2026
Gündəm

“ASAN xidmət”in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Sentyabr 22, 2026

XƏBƏR LENTİ

Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın qeyri-neft iqtisadiyyatında yeni sahə açır – Tənzilə Rüstəmxanlı

23 Sentyabr, 26 / 14:39

Xuraman Muradova: Türk dünyasının sözü Bakıda birləşdi

23 Sentyabr, 26 / 14:11

Bakı-Sumqayıt yolunda dəhşətli qəza: Ölənlər və yaralananlar var

23 Sentyabr, 26 / 13:16

İranla münaqişə uzun müddət davam edəcək - BƏƏ

22 Sentyabr, 26 / 20:53

Rusiya hərbçiləri Ukraynada cinsi zorakılıqdan işgəncə vasitəsi kimi istifadə edir – BMT

22 Sentyabr, 26 / 19:52

Rusiya Estoniya sərhədində komendant rejimi tətbiq edib – Nəyə hazırlaşırlar?

22 Sentyabr, 26 / 19:50

Belqorodun keçmiş meri müharibədə həlak olub

22 Sentyabr, 26 / 19:48

Qrenlandiya ABŞ-nin hərbi dayaq məntəqəsinə çevrilir

22 Sentyabr, 26 / 19:46

Ermənistan süni intellektə sərmayə qoyur

22 Sentyabr, 26 / 19:42

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin işğal altındakı hissəsində FSB obyektlərini vurub

22 Sentyabr, 26 / 19:39

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.