Dünya

Rusiya hərbçiləri Ukraynada cinsi zorakılıqdan işgəncə vasitəsi kimi istifadə edir – BMT

22 Sentyabr 2026, 19:522
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

BMT genişmiqyaslı müharibənin başlanmasından etibarən Ukraynada 1004 cinsi zorakılıq hadisəsini təsdiqləyib. 

Zefer.media xarici KİV-lərə istinadən bildirir ki, onların 89 faizi Rusiya tərəfinin, 11 faizi isə Ukrayna tərəfinin payına düşür.

BMT-nin İnsan Hüquqları üzrə Monitorinq Missiyasının məlumatına görə, Rusiya hərbçiləri, həbsxana əməkdaşları və xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən cinsi zorakılığa məruz qalanlar arasında 725 kişi və 16 uşaq var. Ən kiçik uşağın cəmi dörd yaşı olub.

BMT bildirib ki, cinsi zorakılıq hərbi əsirlərə və mülki şəxslərə qarşı işgəncə vasitəsi kimi tətbiq edilir.

Lalə Qurbanlı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600