Dünya

Qrenlandiya ABŞ-nin hərbi dayaq məntəqəsinə çevrilir

22 Sentyabr 2026, 19:461
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ Qrenlandiyanın cənubundakı Narsarsuaqda Soyuq müharibə dövründən qalan keçmiş bazanı bərpa etməyi və adanın şərqindəki Mestersviqdə yeni baza yaratmağı planlaşdırır. 

Zefer.media bildirir ki, bu barədə “Reuters” mənbələrinə istinadən məlumat yayıb.

1950-ci illərdə Narsarsuaqda ABŞ-nin “Bluie West One” bazası yerləşirdi. Mestersviqdə isə hazırda yaşayış olmayan ərazilərdə patrul xidməti həyata keçirən Danimarkanın “Sirius” xüsusi təyinatlı qüvvələri bazalaşıb.

Daha əvvəl Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyi üzərində Vaşinqtonun daimi nəzarəti ilə bağlı razılığa gəldiyini bildirib.

Razılaşma digər ölkələrin hərbi bazalarının yerləşdirilməsini və ABŞ-ın razılığı olmadan “həssas investisiyaların” həyata keçirilməsini məhdudlaşdıracaq.

Danimarka bildirib ki, Arktikanın təhlükəsizliyi ilə bağlı məsələlər yalnız ABŞ və Danimarkanın deyil, NATO-nun nəzarətinə veriləcək.

Lalə Qurbanlı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600