Venesiya hakimiyyəti şəhərə gələn turistlər üçün tətbiq olunan rüsumu kəskin artırmağı planlaşdırır.
Hazırda rüsum 5–10 avro təşkil edir. Lakin yerli hakimiyyət orqanlarının fikrincə, bu məbləğ turist axınının qarşısını almaq üçün kifayət etmir.
Zefer.media “Nexta Tv”yə istinadən xəbər verir ki, gələn ildən şəhərdə gecələməyən birgünlük turistlər üçün rüsumun 30–50 avroya qədər artırılması planlaşdırılır.
Rüsum 14 yaşdan yuxarı və şəhərdə gecələməyən turistlərə şamil olunacaq. Yerli otellərdə qalan turistlər isə otel vergisi ödədikləri üçün bu rüsumdan azad ediləcək.
Venesiya hakimiyyəti birgünlük turistlərin şəhər infrastrukturuna həddindən artıq yük yaratdığını hesab edir.
Aytən Yalçınqızı

















