Dünya

Udmurtiyada məmurlara səfərbərlik şəraitində fəaliyyət öyrədiləcək

22 Sentyabr 2026, 19:261
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiyanın Udmurtiya Respublikasında yerli hakimiyyət orqanlarının nümayəndələri səfərbərlik şəraitində fəaliyyətə hazırlıq üzrə təlim keçəcəklər.

Zefer.media “Nexta Tv” yəistinadən xəbər verir ki, məmurlara müəssisələrin hazırlanması, səfərbərlik ehtiyacları üçün ehtiyatların yaradılması, əhalinin təchizatı və iqtisadiyyatın hərbi rejimə keçirilməsi qaydaları öyrədiləcək.

Təlim zamanı həmçinin hərbi uçot, ehtiyatda olan hərbçilərin bronlaşdırılması və dövlət sirrinin qorunması məsələləri izah olunacaq.

48 akademik saat üçün nəzərdə tutulan kurs dekabrın 5-də başa çatacaq. Təlimdən sonra məmurların bilikləri yoxlanılacaq.

“The Wall Street Journal” yayda Qərb kəşfiyyatına istinadən Rusiya hərbçilərinin regionların yeni səfərbərlik dalğasına hazırlığını yoxladığını yazmışdı. İyunda Volqoqrad vilayətində də analoji təlimlərin keçirildiyi bildirilmişdi.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600