Rusiya Özbəkistan vətəndaşları üçün əsas əmək miqrasiyası istiqaməti olaraq qalır. Hazırda ölkədə təxminən 834 min özbəkistanlı çalışır.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Özbəkistan Miqrasiya Agentliyinin məlumatına görə, ötən il MDB ölkələrinə əmək miqrasiyası 29% azalıb, Avropaya 42%, Asiyaya isə 26% artıb.
Dəyişikliklər pul köçürmələrində də özünü göstərib. 2026-cı ilin birinci rübündə Özbəkistana pul köçürmələrinin həcmi 3,8 milyard dollara çatıb. Lakin bu vəsaitdə Rusiyanın payı 77,6%-dən 72,4%-ə düşüb.
Ekspertlər istiqamətlərin dəyişməsini xaricdə daha yüksək əməkhaqqı və iş şəraiti, həmçinin Rusiyada miqrasiya siyasətinin sərtləşdirilməsi ilə əlaqələndirirlər.
Aytən Yalçınqızı

















