Gündəm

19–20 sentyabr Antiterror Əməliyyatı: Azərbaycanın suverenliyinin tam bərpası

19 Sentyabr 2026, 13:0111
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonunda qanunsuz silahlı birləşmələrin fəaliyyətinin qarşısının alınması və Azərbaycanın konstitusiya quruluşunun bərpası məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlayıb.

Zefer.media xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, tədbirlər zamanı qanunsuz silahlı birləşmələrin mövqeləri, atəş nöqtələri, hərbi təyinatlı obyektləri və digər hərbi infrastrukturunun zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar həyata keçirilib.

Sentyabrın 20-də saat 13:00-da əldə olunmuş razılaşmaya əsasən, Qarabağdakı erməni silahlı qüvvələrinin silahı yerə qoyması və döyüş mövqelərindən çıxarılması barədə şərtlər qəbul edilib. Bununla da 24 saatdan az davam edən lokal antiterror tədbirləri başa çatıb.

Antiterror tədbirlərinin nəticəsində Azərbaycan Qarabağda dövlət suverenliyinin tam bərpasını təmin edib. 2023-cü il sentyabrın 20-si daha sonra Azərbaycanda Dövlət Suverenliyi Günü kimi təsis edilib.

Bu tarixi hadisə həm Azərbaycanın dövlət suverenliyinin tam bərpası, həm də Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi ilə yadda qalıb. 19–20 sentyabr tarixlərində şəhid olan hərbçilərimizin və polis əməkdaşlarımızın fədakarlığı Azərbaycan tarixinin yaddaşında daim yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin !

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600