Dünya

Culian Assanj X-ə qayıtdı: “Mən geri döndüm”

18 Sentyabr 2026, 12:171
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

WikiLeaks-in qurucusu Culian Assanj iki ildən artıq fasilədən sonra X sosial şəbəkəsində paylaşım edib.

Zefer.media Minvala istinadən xəbər verir ki, Assanj şəxsi hesabında “Mən geri döndüm” (“I’m back”) yazaraq paylaşım edib. Bu, onun 2024-cü ilin iyunundan sonra hesabında etdiyi ilk şəxsi paylaşım olub.

Paylaşım WikiLeaks-in Assanjın fotosunu yayımlayaraq “O geri döndü” yazdığı paylaşımına cavab olaraq edilib.

Assanj daha sonra hesabının 2018-ci ildə müdafiə kampaniyası tərəfindən idarə edildiyini və həmin vaxtdan özü tərəfindən paylaşım edilmədiyini də açıqlayıb.

Qeyd edək ki, Assanj 2024-cü ilin iyununda ABŞ hakimiyyəti ilə razılaşma əldə etdikdən sonra Britaniyadakı həbsxanadan azad olunaraq Avstraliyaya qayıdıb.

Qəmər Kazımzadə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600