Dünya

Hörmüz boğazında gəmiyə hücum edildi – UKMTO məlumat yaydı

18 Sentyabr 2026, 11:251
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Hörmüz boğazının Oman sahilləri yaxınlığında bir gəmiyə hücum edilib.

Zefer.media xəbər verir ki, bu barədə “Minval” məlumat yayıb. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatına görə, hadisə Oman sahillərində, Xəsəb şəhərindən təxminən 30 kilometr şimal-şərqdə baş verib.

UKMTO hücuma məruz qalan gəminin ekipajının təhlükəsiz olduğunu bildirib. Hadisənin xarakteri və gəminin kimliyi açıqlanmayıb.

Hazırda insidentlə bağlı araşdırma aparılır. UKMTO bölgədə hərəkət edən gəmilərə ehtiyatlı olmağı və şübhəli fəaliyyətlər barədə məlumat verməyi tövsiyə edib.

Qəmər Kazımzadə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600