İran parlamentinin spikeri Məhəmməd-Baqir Qalibaf birqütblü dünya nizamı dövrünün başa çatdığını bildirib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Qalibafın sözlərinə görə, güc və təzyiq yolu ilə güzəştlər əldə etməyə əsaslanan birqütblü dünya nizamı artıq başa çatıb.
O bildirib ki, Çin və Rusiyanın veto hüququndan istifadə etməsi BMT Təhlükəsizlik Şurasının siyasi məqsədlərlə istifadəsinə imkan verməyib və hüququn aliliyi prinsipini təsdiqləyib.
“Biz çoxtərəfli yanaşmanı müdafiə etməliyik. Birtərəfli siyasət heç kimin maraqlarına cavab vermir”, – deyə Qalibaf bildirib.
Aytən Yalçınqızı


















