Dünya

Rusiya Ukraynanın bir neçə şəhərinə zərbələr endirib

17 Sentyabr 2026, 11:174
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiya qüvvələrinin Ukraynanın Kiyev, Odessa və Kropivnitski şəhərlərinə hücum etdiyi bildirilir.

Zefer.media “Minval”a istinadən xəbər verir ki, Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, paytaxtın Dnepr rayonunda yaşayış binasına, anbarlara və yanacaqdoldurma məntəqəsinin ərazisinə ziyan dəyib. Svyatoşin rayonunda isə qeyri-yaşayış binasına zərbə endirilib. Hücum nəticəsində 12 nəfər yaralanıb.

Odessada 19 mərtəbəli yaşayış binasına və bir neçə fərdi evə ziyan dəyib, evlərdən biri dağılıb. Altı nəfər, o cümlədən iki uşaq xəsarət alıb.

Kropivnitskidə isə kritik infrastruktur obyektinin zədələndiyi bildirilir.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600