• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.6° Weather Columbus
$
1.7
€
1.9627
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

Ermənistanın sülhpərvərliyi şübhə doğurur

16 Sentyabr, 26 / 10:44
A A

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri Ermənistanda ajiotaj yaradan bir hadisə olub. Bu səfərin İrəvanda yaratdığı isterik reaksiya ilk növbədə onu göstərir ki, sülh haqqında danışılanların hamısı Ermənistan cəmiyyətində və bəzi siyasi dairələrində heç də birmənalı qarşılanmır.

Bu səfər ölkəmizdə akreditasiya olunmuş diplomatik korpusun bölgəyə ilk səfəri deyil və aydın məsələdir ki, son səfəri də deyil. Bu səfərlər informativ xarakter daşımaqla yanaşı həm də Azərbaycanın ərazi bütövlüyünün bütün dövlətlər tərəfindən tanındığını və dəstəkləndiyini göstərir. Qarabağ Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış suveren ərazisidir və oralara kimin və nə üçün gedib – getməyəcəyi Azərbaycanın daxili işidir. Bu halda cəmiyyətdəki statusundan asılı olmayaraq hər hansı bir erməninin bu səfərə münasibət bildirməsi və hətta bunun hansısa bir şəkildə Ermənistana dəxli olması barədə narahtlıq ifadə olunması Azərbaycanın daxili işlərinə kobud müdaxilə olmaqla yanaşı, həm də Ermənistanın sülh danışıqlarından irəli gələn öhdəlikləri ilə ziddiyyət təşkil edir.

Belə görünür ki, İrəvanda yaşayanlar hələ də tarixin saxtalaşdırılması istiqamətində addımlar atmaq, gələcəkdə hansısa iddialar irəli sürmək üçün indidən “arxiv materialları” toplamağa çalışırlar. Erməni alimləri heç zaman öz tarixlərini tədqiq etməyiblər, onlar həmişə özlərinə saxta tarix uydurmağa cəhd göstəriblər. Onların “elmi” qənaətlərinə inansaq belə çıxır ki, onlar Yer kürəsinin hər bir bölgəsində və hamıdan əvvəl mövcud olublar. Bu mənada Qarabağ da onlar üçün istisna deyil. Ermənistan xalqımızın əsrlərlə yaşadığı Qarabağ torpaqlarında məscidləri, qəbiristanlıqları, tarixi yaşayış məntəqələrini və digər mədəni irsi sistemli şəkildə dağıdıblar. Erməni tarixçiləri Gəncəsər və Xudavəng kimi abidələri yalnız erməni irsi kimi təqdim etməyə çalışır, amma indiki Ermənistan ərazisində mövcud olmuş Azərbaycan tarixi-mədəni irsini tamamilə inkar edirlər. Belə təsəvvür yaradılır ki, guya Qarabağda tarixən yalnız ermənilər yaşayıb, ancaq Ermənistan ərazisində heç vaxt azərbaycanlı olmayıb. Məqsəd təkcə daşları yox etmək deyil, Azərbaycan xalqının həmin torpaqlardakı izlərini silməkdir. Qafqaz Albaniyası irsinə münasibət də bu siyasətin davamıdır. Dünya tarixşünaslığı Qafqaz Albaniyasının Azərbaycan ərazisində mövcudluğunu qəbul etdiyi halda, Ermənistan cəmiyyətində bu irsin inkar edilməsi faktiki olaraq tarixi həqiqətlərə qarşı dözümsüzlükdür. Bu isə beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyasının və UNESCO prinsiplərinin kobud şəkildə pozulması deməkdir.

Azərbaycan beynəlxalq konvensiyalara əsasən hansı tarixi sivilizasiyaya mənsub olmasından asılı olmayaraq öz ərazisində yerləşən bütün tarixi və mədəni-dini abidələri dövlət səviyyəsində qoruyur. Erməni alimləri və siyasətçiləri isə özlərinin real tarixini öyrənmək və ona sahib çıxmaq əvəzinə özgələrinə məxsus tarixi-mədəni irsi özününküləşdirməklə tarixi saxtalaşdırmaq yolunu seçiblər. Ona görə də vaxtaşırı olaraq öz “qədimliklərini” və guya bir zamanlar az qala bütün dünyaya sahib olduqları haqda cəfəng bir mülahizəni öz cəmiyyətlərinə sırımağa və beyinləri yumağa davam edirlər. Belə bir yanaşma tarixin tədqiqi deyil, siyasi məqsədlə formalaşdırılan rasizm göstəricisidir.

Təəssüf doğuran başqa bir amil ondan iibarətdir ki, bəzi hallarda radikal və revanşist müxalifət tərəfindən irəli sürülən cəfəng mülahizələr hakimiyyət sahiblərinin də şüuruna yol tapır. Ermənistanın hökümət başçısı Paşinyanın “Real Ermənistan” ideyasına xəyanət edənlər vaxtaşırı revanşist dalğaya qoşulmaqla onları ruhlandırırlar.

Bu baxımdan Ermənistan parlamentinin sədri Ruben Rubinyanın 12–13 sentyabr 2022-ci il hadisələri ilə bağlı açıqlamaları və bu hadisələrin səbəbkarı olmuş təxribatçı millətçilərin xatirəsinin anılması məhz cəmiyyətə ötürülən mənfi siqnal kimi qiymətləndirilə bilər. Bu cür addımlar sülh prosesini sürətləndirmək əvəzinə, Ermənistan cəmiyyətində revanşist meyilləri daha da gücləndirməyə xidmət edir. Bu isə haqlı olaraq rəsmi İrəvanın sülh prosesindəki səmimiyyətinə şübhə doğurmaya bilməz.

Bu gün Qarabağ bölgəsinə diplomatik səfərə qarşı aparılan kampaniyanın koordinasiyalı olması barədə şübhələr erməni siyasətində sülh ritorikası ilə revanşist siyasətin paralel şəkildə mövcudluğunu göstərir.

Erməni cəmiyyəti anlamalıdır ki, Qarabağ və Şərqi Zəngəzur artıq mübahisə mövzusu deyil. Bu torpaqlar Azərbaycanın suveren idarəçiliyi altında yenidən qurulur və bölgəyə səfər edən diplomatlar yeni reallığı öz gözləri ilə yerində görürlər. Azərbaycanın Qarabağ bölgəsi də daxil olmaqla bütün əraziləri üzərində suverenliyi tarixi faktdır və heç kim və heç vaxt onu inkar etməyə nail olmayıb. Suverenliyimiz isə müzakirə mövzusu deyil, beynəlxalq hüququn təsdiq etdiyi dəyişməz reallıqdır.

Bənzər Xəbərlər

Banner

Türkiyə Prezidentinin köməkçisi Azərbaycanı nüfuzlu qlobal oyunçu kimi qiymətləndirib

Sentyabr 15, 2026
Siyasət

“Prezident İlham Əliyevin Qarabağ Dirçəliş Fondu ilə bağlı bu addımı hər bir azərbaycanlıya nümunədir”

Sentyabr 15, 2026
Xarici xəbərlər

Bəqayi: “İranın Səudiyyə Ərəbistanının neft kəmərinə hücumda əli yoxdur”

Sentyabr 14, 2026
Siyasət

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir

Sentyabr 14, 2026
Siyasət

Azərbaycanla Slovakiya məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsini həyata keçirəcək

Sentyabr 14, 2026
Siyasət

Prezident Məhəmməd Əbdülsalamı qəbul etdi

Sentyabr 14, 2026

XƏBƏR LENTİ

Azərbaycanın diplomatik strategiyası: faktlar olduğu kimi

16 Sentyabr, 26 / 10:55

Ermənistanın sülhpərvərliyi şübhə doğurur

16 Sentyabr, 26 / 10:44

Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də “Təbrizin küçələri dolanbadolan”

15 Sentyabr, 26 / 20:19

BMT-nin Məcburi İtkindüşmələr üzrə Komitəsinin 31-ci sessiyası – Bəyanat

15 Sentyabr, 26 / 20:15

Türkiyə Prezidentinin köməkçisi Azərbaycanı nüfuzlu qlobal oyunçu kimi qiymətləndirib

15 Sentyabr, 26 / 18:56

“Prezident İlham Əliyevin Qarabağ Dirçəliş Fondu ilə bağlı bu addımı hər bir azərbaycanlıya nümunədir”

15 Sentyabr, 26 / 16:00

İşğaldan azad edilmiş ərazilərdə ilk dəfə Bilik Günü keçirilir

15 Sentyabr, 26 / 11:38

15 sentyabr türk birliyinin tarixi zəfər günüdür

15 Sentyabr, 26 / 9:50

Veteranlar polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Bakıda “Türk şəhidliyi”ni ziyarət edib

14 Sentyabr, 26 / 17:39

BMT: Yəməndə münaqişənin şiddətlənməsi səbəbindən iki ayda 85 mindən çox insan evlərini tərk edib

14 Sentyabr, 26 / 16:33

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.