Kreml ABŞ prezidenti Donald Trampın Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumlarını dayandırmaq çağırışını alqışlayıb.
Zefer.media “RBC-Ukrayna” agentliyinin məlumatına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi Ukraynanın dizel yanacağı istehsal edən müəssisələrə hücumlardan çəkinməsi çağırışlarını dəstəkləyir.
“Əlbəttə ki, Kiyevin dinc iqtisadi infrastruktura hücumları dayandırmaq üçün etdiyi hər hansı bir çağırışı yalnız alqışlamaq olar”, – deyə Peskov qeyd edib.
Sözçü Kiyevin Trampın çağırışına razılıq verəcəyi təqdirdə Rusiyanın özünün Ukraynanın iqtisadi infrastrukturuna zərbə endirməkdən çəkinib-çəkinməyəcəyi sualına cavab verməkdən imtina edib.
Zərintac Mayisqızı

















