Siyasət

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir

14 Sentyabr 2026, 13:314
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir.

Zefer.media xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Saziş Azərbaycanla İordaniya arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsini nəzərdə tutur.

Xatırladaq ki, iyulun 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İordaniya Haşimilər Krallığının baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi arasında “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında adi pasport sahibləri üçün viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Saziş” imzalanıb.

Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600