Xarici xəbərlər

Paşinyan Rusiya qazını ucuz hesab etmir

11 Sentyabr 2026, 13:532
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ermənistan bütün sahələrdə şaxələndirmə aparacaq.

Zefer.media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya qazı məsələsini şərh edərkən jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Ermənistanda ən yüksək qaz qiymətləri sərhəddən son istehlakçıya qədərdir:

“Ermənistanda qaz ucuz deyil. Sərhəddən son istehlakçıya qədər Ermənistanda digər ölkələrlə müqayisədə ən yüksək qiymətlər var”.

Onun sözlərinə görə, “Qazprom Armenia” gəlirlidir. Nazir bunun sənədləşdirilməsinə çağırıb və qeyd edib ki, Rusiya qaz tarifinin artırılıb-artırılmamasından asılı olmayaraq, Ermənistan şaxələndirmə yolunu davam etdirəcək.

“İrəvanın şaxələndirmə aparmayacağı heç bir sahə yoxdur. Siyasi qərarımız müstəqilliyimizi və dövlətçiliyimizi inkişaf etdirməkdir. Əgər ikinci mənbədən qaz almaq və ya oradan tədarükü artırmaq mümkündürsə, biz bu yolu seçəcəyik. Əgər üçüncü və ya dördüncü mənbədən qaz almaq mümkündürsə, biz də bu yolu seçəcəyik”, – deyə Paşinyan ifadə edib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600