Sentyabrın 11-i səhər ruslar Kiyevdə iki Ukrnafta yanacaqdoldurma məntəqəsində bir stansiyaya iki dəfə hücum ediblər.
Zefer.media xəbər verir ki, bu barədə “Ukrnafta” ASC-nin idarə heyətinin rəhbəri Boqdan Kukuranın və ” Naftoqaz”ın rəhbəri Sergey Fedorenkonun bəyanatında bildirilib.
Kukura deyib: “Bu səhər gec saatlarda Rusiya reaktiv dronları eyni vaxtda iki yanacaqdoldurma məntəqəsinə – paytaxtın sağ və sol sahillərinə, obyektlərdən birinə iki dəfə hücum olunub”.
O əlavə edib ki, hava hücumu sirenası səsləndikdən sonra işçilər və müştərilər yanacaqdoldurma məntəqəsini tərk ediblər. Lakin əsas binalara və vacib avadanlıqlara ciddi ziyan dəydiyi bildirilib.
Fedorenko vurğulayıb ki, Rusiya reaktiv dronları Troyeşina və Poçaynada yerləşən iki Ukrnafta yanacaqdoldurma məntəqəsinə zərbə endirib. Poçayna stansiyası ikiqat zərbə alıb.
Zərintac Mayisqızı

















