Sentyabrın 10-na keçən gecə pilotsuz uçuş aparatlarının Mahaçqalaya hücum etdiyi bildirilir.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Dağıstan hakimiyyətinin məlumatına görə, dron qalıqlarının düşməsi nəticəsində dəniz limanında və Avar teatrında yanğın baş verib. Yanğınlar söndürülüb, xəsarət alan olmayıb.
Mahaçqala limanı Rusiyanın Xəzər dənizində yerləşən yeganə dərin sulu və donmayan limanıdır. Limanın illik neft və neft məhsulları ixrac gücü 7,9 milyon tona qədərdir.
Aytən Yalçınqızı

















