Xarici xəbərlər

“Reuters”: “Pakistan İrandan husiləri cilovlamağı istəyib”

10 Sentyabr 2026, 13:404
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Pakistan Səudiyyə Ərəbistanının İrana ünvanladığı xəbərdarlığı Tehrana çatdıraraq, Yəməndəki husilərin Səudiyyə ərazisinə hücumlarını dayandırmaq üçün tədbir görülməsini istəyib.

Zefer.media “Reuters”ə istinadən xəbər verir ki, bu diplomatik səylər ABŞ və İran arasında davam edən qarşıdurmanın regiona daha geniş yayılmasının qarşısını almağa yönəlib.

İran rəsmilərindən biri Pakistanın mesajı Tehrana çatdırdığını təsdiqləyib və İranın husilərə tam nəzarət etmədiyini bildirib.

Bununla yanaşı, iki İran mənbəsi Tehranın ötən həftə husilərə Səudiyyə Ərəbistanına hücum etməyi tapşırdığını açıqlayıb.

Belə ki, husilər sentyabrın 8-də Səudiyyə Ərəbistanının cənubundakı Xamis Muşait şəhərində yerləşən hava bazasını, eləcə də Abha, Cizan və Nəcran şəhərlərində enerji obyektlərini hədəfə alıblar.

Pakistanın xəbərdarlığı ölkənin Səudiyyə Ərəbistanı və Türkiyə ilə müdafiə sazişi fonunda xüsusi əhəmiyyət daşıyır.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600