Dünya

Türkiyə XİN Husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib

9 Sentyabr 2026, 12:134
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Türkiyə Husilərin Səudiyyə Ərəbistanına qarşı hücumlarını qətiyyətlə pisləyib və bu hücumların mülki əhalinin təhlükəsizliyini təhdid etdiyini bildirib.

Zefer.media “Minval”a istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib.

Nazirlik qeyd edib ki, hücumlar Yəməndə münaqişənin davamlı siyasi həll yolu ilə başa çatdırılmasına yönəlmiş diplomatik səylərə də zərər vurur.

Ankara Husiləri təcavüzkar fəaliyyətlərini dərhal dayandırmağa çağırıb.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600