Ağ Ev Ukrayna üzrə danışıqların ilk nəticələrinin yaxın həftələrdə açıqlanacağını bəyan edib.
Zefer.media “Reuters”ə istinadən xəbər verir ki, ABŞ və Rusiya nümayəndələri Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda növbəti addımlara dair konkret planları müzakirə ediblər.
Bununla yanaşı, “Axios”un məlumatına görə, Stiv Uitkoff və Cared Kuşnerlə birlikdə ABŞ Milli Təhlükəsizlik Şurasının, Dövlət Departamentinin və Maliyyə Nazirliyinin nümayəndələri, o cümlədən sanksiya siyasətinə cavabdeh olan ABŞ maliyyə nazirinin müavini Cin Lanq da Moskvaya səfər edib.
Moskva səfərindən sonra ABŞ Prezidentinin xüsusi nümayəndələri Ukrayna Prezidenti Volodimir Zelenski ilə münaqişənin nizamlanması məsələsini müzakirə etmək üçün Kiyevə yollanıblar.
“Flightradar24” xidmətinin məlumatına əsasən, ABŞ nümayəndə heyətini daşıyan hökumətə məxsus Boeing C-32A təyyarəsi Polşanın Jeşuv hava limanına enib.
Aytən Yalçınqızı




