Türkiyədə “Akkuyu” Atom Elektrik Stansiyasının ilk enerji blokunun 2026-cı ilin sonunadək fəaliyyətə başlaması planlaşdırılır.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Türkiyənin energetika naziri Alparslan Bayraktar 1,2 min MVt gücündə olan enerji blokunda sınaq mərhələsinin başladığını bildirib.
Onun sözlərinə görə, ilk reaktorun istismara verilməsi Türkiyənin elektrik enerjisinə olan tələbatının 2,5%-dək hissəsini ödəyə biləcək.
Layihə 2018-ci ildən “Rosatom”un strukturuna daxil olan “Akkuyu Nükleer” şirkəti tərəfindən həyata keçirilir. Rusiyanın VVER-1200 layihəsi əsasında inşa olunan dörd enerji blokunun hamısı istifadəyə verildikdən sonra stansiyanın Türkiyənin ümumi enerji tələbatının 10%-dək hissəsini təmin edəcəyi gözlənilir.
Aytən Yalçınqızı




