Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın ŞƏT sammitində erməni dilində çıxış etməsinə münasibət bildirib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Peskov Paşinyanın çıxışı zamanı rus dilinə tərcümənin olub-olmayacağı barədə düşündüyünü, nəticədə isə çıxışın rus dilinə tərcümə edildiyini deyib.
Onun sözlərinə görə, Paşinyanın erməni dilində çıxışı Ermənistanın suverenliyini vurğulamaq istəyinə işarə kimi qiymətləndirilə bilər.
“Düzünü desəm, niyə bunu rus dilində ifadə etməyin mümkün olmadığını anlamadıq”, – deyə Peskov bildirib.
Aytən Yalçınqızı




