Dünya

Ukrayna dronları Soçi yaxınlığında hava hücumundan müdafiə mövqeyinə və neft bazasına hücum edib

4 Sentyabr 2026, 13:112
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Sentyabrın 4-nə keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Soçi və “Sirius” federal ərazisinə hücum etdiyi bildirilir.

Zefer.media “Minval”a istinadən xəbər verir ki, ASTRA şahid görüntülərinin OSINT təhlilinə əsasən, Psou çayı yaxınlığında yanğın baş verdiyini bildirib. Həmin ərazidə Rusiyanın S-300 və ya S-400 zenit-raket kompleksinin yerləşdiyi iddia olunur.

Bundan başqa, hücumdan sonra neft bazasında yanğın baş verdiyi qeyd edilir.

Regional operativ qərargah pilotsuz uçuş aparatları ilə kütləvi hücum edildiyini, bir neçə binanın şüşələrinin zədələndiyini və ayrı-ayrı ərazilərdə lokal yanğınların yarandığını açıqlayıb.

İlkin məlumata görə, xəsarət alan yoxdur.

Aytən Yalçınqızı

 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600