İranın Küveytdə yerləşən ABŞ hərbi bazasının strateji əhəmiyyətli obyektlərindən birinə raket və pilotsuz uçuş aparatları ilə zərbə endirdiyi bildirilib.
Zefer.media Caliber.az – a istinadən xəbər verir ki, bu barədə sentyabrın 3-də İranın Press TV telekanalı məlumat yayıb.
Məlumata görə, zərbələrdən sonra hadisə yerinin üzərində tüstü buludları müşahidə olunub.
Həmçinin yeni hücum təhlükəsi səbəbindən Küveyt Beynəlxalq Hava Limanının fəaliyyəti müvəqqəti dayandırılıb. İki reys isə digər hava limanlarına yönləndirilib.
Pərvin Hacıyeva

















