Dünya

Rusiya Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı mövqeyini açıqlayıb

3 Sentyabr 2026, 16:093
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük qərarının ölkənin suveren hüququ olduğu və Rusiyanın bu məsələyə müdaxilə etməyəcəyi bildirilib.

Zefer.media Minval.az – a  istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumunda (ŞİF) deyib.

“Necə qərar verəcəklərsə, elə də olacaq. Bu, onların suveren hüququdur”, — Overçuk bildirib.

O, eyni zamanda xəbərdarlıq edib ki, Ermənistan Aİ ilə yaxınlaşmağa başlayacağı təqdirdə Rusiya İrəvanın hazırda əldə etdiyi iqtisadi güzəştlərə yenidən baxa bilər.

Pərvin Hacıyeva

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600