Dünya

Avstraliya İranın Hörmüz boğazı siyasətini tənqid etdi

3 Sentyabr 2026, 16:074
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Avstraliya İranın Hörmüz boğazından keçən gəmiçiliyi məhdudlaşdırmaq cəhdlərini qəbuledilməz hesab edir və strateji su yolunun açıq saxlanılmasına çağırır.

Zefer.media xəbər verir ki, bunu Avstraliyanın baş nazirinin müavini və müdafiə naziri Riçard Marls ABC News telekanalına müsahibəsində bildirib.

Marls Yaxın Şərqdə gərginliyin azaldılmasının vacibliyini vurğulayaraq deyib: “Yaxın Şərqdə baş verən gərginliyin azaldılmasını istəyirik. Hörmüz boğazının açıq qalmasına və qlobal yanacaq təchizatı zəncirlərinin normal fəaliyyətinə qayıtmasına ehtiyac var”.

Marlsın sözlərinə görə, İranın həmin addımları “mahiyyət etibarilə BMT-nin Dəniz Hüququ Konvensiyasına və naviqasiya azadlığı prinsipinə ziddir”.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600