Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəzi dövlətlərin Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın yaratdığı yeni müdafiə alyansına mənfi münasibət bəslədiyini, lakin bunu açıq şəkildə ifadə etmədiyini bildirib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Ərdoğan Türkiyənin müttəfiqləri ilə birlikdə bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
“Biz qardaşlarımızla birlikdə daha da güclənərək öz yolumuzla irəliləməyə davam edəcəyik”, – deyə o əlavə edib.
Aytən Yalçınqızı

















