İsrailin müdafiə naziri İsrael Kats hökumətin Qəzza sektorundan fələstinlilərin köçürülməsi ilə bağlı plan hazırladığını və onların hansı ölkəyə və ya əraziyə göndərilə biləcəyi barədə ABŞ-nin qərarını gözlədiyini bildirib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Kats İsrailin fələstinliləri “dəniz, hava və ya mümkün olan istənilən üsulla” köçürməyə hazır olduğunu deyib. Nazir planın ləğv edilmədiyini və müzakirələrin davam etdiyini vurğulayıb.
Qeyd edək ki, işğal olunmuş ərazidən mülki əhalinin məcburi köçürülməsi Cenevrə Konvensiyaları ilə qadağandır və beynəlxalq hüquqa əsasən müharibə cinayəti hesab oluna bilər.
Aytən Yalçınqızı

















