Dünya

Berni Sanders 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürəcək? – “40 yaşım var”

2 Sentyabr 2026, 18:133
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ senatoru Berni Sanders 2028-ci il prezident seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı suala istehza ilə zarafat edərək 40 yaşında olduğunu bildirib.

Zefer.media bunu xarici KİV-lərə istinadən bildirir.

“Hazırda 40 yaşım var və düşünürəm ki, bu qızıl yaşa – 40 yaşa – çatdıqdan sonra artıq mənim üçün bir qədər çətinləşib, başa düşürsünüz. Ona görə də düşünürəm ki, ABŞ prezidenti olmağım o qədər də real deyil. Aleksandriya ilə danışırammı? Bəli, danışıram. Söhbətlərimizin nədən ibarət olduğunu sizə deyəcəyəmmi? Əlbəttə ki, yox”, – Sanders deyib.

Sandersdən Ocasio-Kortezin prezidentliyə namizəd olmasını istəyib-istəmədiyi soruşulduqda isə o, belə cavab verib: “Şərh yoxdur. Bu, onun qərarıdır”.

Lalə Qurbanlı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600