Dünya

Putin müharibə başlayandan bəri mühafizə xidmətinin ştatını dördüncü dəfə artırıb

1 Sentyabr 2026, 16:552
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“Bunker çarı” FSO-nun mərkəzi aparatının ştatını 785 nəfərdən 812 nəfərə çatdırıb. Tammiqyaslı müharibə başlamazdan əvvəl xidmətin əməkdaşlarının sayı təxminən 13 il ərzində dəyişməyib.

Zefer.media “Financial Times”a istinadən xəbər verir ki, Kremldə Putinə, o cümlədən dronlardan istifadə etməklə sui-qəsd cəhdinin ola biləcəyindən narahatdırlar. Bu narahatlıqlar səbəbindən diktator səfərlərinin sayını azaldıb, onunla görüşən şəxslərin yoxlanılması isə sərtləşdirilib.

Nəşrin mənbələrinin məlumatına görə, Putin və ailəsi də Moskva və Valdaydakı iqamətgahlarda daha az görünməyə başlayıb, qorunan obyektlərdə qalmağa üstünlük verirlər.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600