Dünya

Putinin çıxışı ilə bağlı sosial şəbəkələrdə süni intellekt videosu ehtimalı müzakirə olunur

1 Sentyabr 2026, 16:446
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiya Prezidenti Vladimir Putinin son çıxışında ağ ayılar və qatil balinalarla bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Zefer.media xarici mənbələrə istinadən xəbər verir ki, sosial şəbəkələrdə qatil balinaların ağ ayıları təqib və hücum etməsini göstərən bir sıra videolar yayılıb. Lakin həmin görüntülərin süni intellekt vasitəsilə hazırlandığı bildirilir.

Mütəxəssislərə istinad edən məlumatlarda qatil balinaların və ağ ayıların qida zəncirinin ən üst pillələrində yerləşdiyi, hər iki növün suitilərlə qidalandığı, lakin qatil balinaların ağ ayılara hücum etməsinə dair elmi şəkildə təsdiqlənmiş faktların olmadığı qeyd olunur.

Bəzi sosial media istifadəçiləri Putinə də məhz belə süni intellektlə hazırlanmış görüntülərin göstərilmiş ola biləcəyini ehtimal edirlər. Lakin bu iddia ilə bağlı hər hansı rəsmi və ya müstəqil təsdiqlənmiş məlumat yoxdur.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600