Dünya

Rusiya zərbələri Ukraynada 12 milyon kitab və dərsliyi məhv edib

1 Sentyabr 2026, 16:264
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiya ordusunun Ukraynaya endirdiyi zərbələr nəticəsində 12 milyon kitab və dərsliyin məhv edildiyi bildirilir.

Zefer.media BBC-yə istinadən xəbər verir ki, Kiyev yaxınlığındakı yeni tədris ili üçün 1,3 milyon məktəb dərsliyinin hazırlandığı mətbəəyə raket düşüb. Bu, ümumi tirajın təxminən 10 faizini təşkil edir.

BBC-nin məlumatına görə, son dövrlərdə mətbəə və nəşriyyatlara endirilən zərbələr nəticəsində təxminən 12 milyon kitab məhv edilib, 35-dən çox nəşriyyat zərər görüb.

Bundan əlavə, Rusiya zərbələri Kiyevdəki “Poçayna” antikvar bazarını da məhv edib. Yanğın nəticəsində yüzlərlə piştaxta və çoxsaylı qədim kitab yanıb.

Ukraynalı nəşriyyatçılar ölkənin bütün kitab sektorunun təhlükə altında olduğunu bildirirlər.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600