Dünya

İran XİN-dən ŞƏT ölkələrinə çağırış: “Düzgün mövqe ortaya qoyulmalıdır”

31 Avqust 2026, 16:173
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammitində İranın son müharibə və qarşıdurmalarla bağlı mövqeyini açıqlayıb.

Zefer.media xəbər verir ki, Əraqçı Bişkekə yola düşməzdən əvvəl müsahibəsində İran nümayəndə heyətinin sammitdə iştirakının məqsədlərinə toxunaraq bildirib:

“Təbii ki, ilk növbədə, son müharibə və qarşıdurmalarla bağlı xalqımızın hüquqlarının təmin olunmasına çalışırıq”.

İran XİN başçısı bölgədə vəziyyətin gərgin olaraq qaldığını qeyd edib. Onun sözlərinə görə, ŞƏT-ə üzv ölkələr bölgədəki vəziyyətdən həm xəbərdar olmalı, həm də bu məsələlərə münasibətdə düzgün mövqe nümayiş etdirməli və qarşıdurmalarla mübarizə aparmaq üçün vahid mövqe ortaya qoymalıdırlar.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600