Dünya

Putin Qırğızıstana getdi

31 Avqust 2026, 16:043
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiya Prezidenti Vladimir Putin Qırğızıstana işgüzar səfər edib.

Zefer.media Aqreqator.az-a istinadən xəbər verir ki, onu Manas Beynəlxalq Hava Limanında Baş nazir Adilbek Kasımalıyev qarşılayıb.

Rusiya lideri VI Dünya Köçəri Oyunlarının açılış mərasiminə qatılacaq. Sentyabrın 1-də isə o, ŞƏT Dövlət Başçıları Şurasının iclasında və “ŞƏT Plus” formatında yüksək səviyyəli görüşdə iştirak edəcək.

Sammit çərçivəsində Vladimir Putin Qırğızıstan, Çin, İran, Monqolustan, Tacikistan və Türkiyə liderləri, eləcə də Ermənistan və Hindistanın baş nazirləri ilə danışıqlar aparacaq.

Sammitdə 2028-ci ildə Kazanda keçirilməsi planlaşdırılan növbəti Dünya Köçəri Oyunlarının elan edilməsi gözlənilir.

2027-2028-ci illərdə Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Rusiyaya keçəcək.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600