Cəmiyyət

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

25 Avqust 2026, 17:574
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

TƏBİB tabeli tibb müəssisələrində vətəndaşların tibbi xidmətlərə əlçatanlığının artırılması və növbələrin daha səmərəli idarə olunması məqsədilə onlayn növbə sisteminin tətbiqi mərhələli şəkildə davam etdirilir. Bu çərçivədə Mərkəzi Neftçilər Xəstəxanasının onlayn növbə sisteminə qoşulması prosesi tamamlanıb. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin  (TƏBİB) Mətbuat xidmətindən Zefer.media – ya verilən məlumata görə,  hazırda sistem üzərindən 11 ixtisas üzrə həkim (pulmonoloq, endokrinoloq, revmatoloq, nevroloq, otorinolarinqoloq (LOR), kardioloq, nefroloq, infeksionist, mama-ginekoloq, uroloq və terapevt) qəbuluna onlayn növbə götürmək mümkündür.

Vətəndaşların onlayn növbə sistemindən rahat istifadəsinin təmin edilməsi məqsədilə hazırda Mərkəzi Neftçilər Xəstəxanasında könüllülər fəaliyyət göstərir. Onlar vətəndaşların qarşılanması və sistemdən istifadə ilə bağlı istiqamətləndirmənin aparılmasına dəstək göstərirlər.

Onlayn növbə sisteminin tətbiqi pasiyent axınının daha səmərəli idarə olunmasına, gözləmə müddətinin azaldılmasına, həkimlərin iş yükünün optimallaşdırılmasına və tibbi xidmətlərə müraciət prosesinin daha rahat təşkilinə yönəlir.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600