Bakı Təşəbbüs Qrupu (BİQ) və Qlobal Cənubun Gənclər Platforması (GSYP) əməkdaşlıq perspektivlərini və birgə beynəlxalq layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edib.
Zefer.media “Report”a istinadən xəbər verir ki, videokonfrans Beynəlxalq Gənclər Günü münasibətilə təşkil olunub.
Görüşdə Qlobal Cənub ölkələrindən olan gənc liderlərin beynəlxalq müstəvidə fəaliyyətinin əlaqələndirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələləri diqqət mərkəzində olub.
Tərəflər təmsil etdikləri təşkilatların fəaliyyət istiqamətləri və prioritetləri barədə məlumat verib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Onlayn konfransda 20 ölkədən müxtəlif gənclər təşkilatlarının rəhbərləri və nümayəndələri, həmçinin BMT-nin İnkişaf Proqramının məsləhətçiləri iştirak ediblər.
Görüş zamanı BİQ və GSYP arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi, gələcək perspektivlər, eləcə də birgə təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə olunub. Tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinin və davamlı əlaqələrin yaradılmasının vacibliyini vurğulayıblar.
Həmçinin gələcəkdə mühüm beynəlxalq tədbirlər çərçivəsində birgə təşəbbüslərin həyata keçirilməsi və müxtəlif tədbirlərin təşkili imkanları nəzərdən keçirilib.
Tərəflər gənclərin beynəlxalq proseslərdə fəal iştirakının təşviqi, müxtəlif regionların gəncləri arasında əlaqələrin gücləndirilməsi və onların qlobal əhəmiyyətli məsələlər üzrə dialoqa cəlb olunması istiqamətində birgə təşəbbüslərin perspektivlərini də müzakirə ediblər.
Aytən Yalçınqızı

















