Cəmiyyət

Qeyri-çimərlik ərazilərdə batanların sayı açıqlanıb

3 Avqust 2026, 16:051
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Çimərlik mövsümü başlayandan respublikanın qeyri-çimərlik ərazilərdə batan 40 nəfərin meyiti çıxarılıb.

Zefer.media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarət etdiyi çimərliklərdə 2026-cı ildə çimərlik mövsümü başlayandan bu günə kimi ölüm faktı qeydə alınmayıb.

Xidmətin dalğıc-xilasediciləri tərəfindən qeyd olunan dövr ərzində sudaboğulma təhlükəsi ilə üzləşən 55 nəfər xilas edilib.

Qeyd edək ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən nəzarətsiz qeyri-çimərlik ərazilərdə batan 40 nəfərin meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

FHN bir daha əhaliyə müraciət edərək, çimərlik kimi nəzərdə tutulmayan nəzarətsiz su hövzələrindən istifadə etməməyə çağırır.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600