Manşet

Çatalca bələdiyyəsinin sədri “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin ofisini ziyarət edib

31 İyul 2026, 16:0740
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İstanbulun Çatalca bələdiyyəsinin sədri Erhan Güzel Azərbaycana səfəri çərçivəsində “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin ofisini ziyarət edib.

Zefer.media xəbər verir ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərindən, iki ölkə arasında dostluq və əməkdaşlığın əhəmiyyətindən söhbət açılıb. Səmimi keçən görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Erhan Güzel bildirib ki, Bakıya ilk dəfədir səfər edir. O, paytaxtın gözəlliyini, yüksək təhlükəsizlik səviyyəsini və Azərbaycan mətbəxinin zəngin dadını çox bəyəndiyini vurğulayıb.

Görüşün sonunda İctimai Birliyin rəhbəri Bəhruz Məmmədzadə tərəfindən Erhan Güzelə xatirə hədiyyəsi təqdim olunub. Daha sonra qonaqlar xatirə şəkli çəkdiriblər.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600