• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.1° Weather Columbus
$
1.7
€
1.9327
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirilib

28 İyul, 26 / 16:00
A A

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının tədbirlər planına əsasən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Dövlət Siyasətinin həyata keçirilməsində Qeyri-Hökumət təşkilatlarının rolu adlı tədbir keçirilib.

Zefer.media xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının rəhbərliyi, rayon təşkilatının əməkdaşları, müxtəlif sahələri təmsil edən qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri, eləcə də ictimai fəallar iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev qonaqları salamlayaraq, ölkəmizdə dövlət tərəfindən vətəndaş cəmiyyətinin inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün əlverişli şərait yaradılıb, onların ictimai təşəbbüslərinin dəstəklənməsi istiqamətində mühüm addımlar atılıb.

Çıxışlarda vurğulanıb ki, Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələri ilə açıq dialoqu və səmərəli əməkdaşlığı daim diqqət mərkəzində saxlayır. Bu baxımdan qeyri-hökumət təşkilatları ilə birgə keçirilən görüşlər ictimai maraq doğuran məsələlərin müzakirəsi, yeni təşəbbüslərin irəli sürülməsi və qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Qeyri-hökumət təşkilatlarının nümayəndələri də çıxış edərək ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndiriblər. Onlar dövlət qurumları, siyasi institutlar və QHT-lər arasında əməkdaşlığın cəmiyyətin inkişafına mühüm töhfə verdiyini qeyd edərək, gələcəkdə birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Tədbir çərçivəsində gənclərlə iş, vətənpərvərlik tərbiyəsi, ekoloji maarifləndirmə, sosial layihələr, könüllülük hərəkatının inkişafı və milli-mənəvi dəyərlərin təbliği istiqamətində əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. İştirakçılar qarşılıqlı maraq doğuran məsələlər üzrə təkliflərini səsləndirib, gələcək fəaliyyət istiqamətlərini müzakirə ediblər.

Sonda iştirakçılar belə görüşlərin davamlı keçirilməsinin dövlət–ictimaiyyət əməkdaşlığının möhkəmlənməsinə, vətəndaş cəmiyyətinin daha da inkişafına və ictimai təşəbbüslərin dəstəklənməsinə mühüm töhfə verəcəyini bildiriblər. Tədbir qarşılıqlı fikir mübadiləsi və xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.

Bənzər Xəbərlər

Cəmiyyət

913 uşaq müəssisələrdən ailələrinə qaytarıldı

İyul 28, 2026
Cəmiyyət

Daha 5 azərbaycanlı fəala həbs cəzası

İyul 28, 2026
Cəmiyyət

Dənizdə 4 nəfər batdı, 3-ü xilas edildi: 13 yaşlı qız boğuldu

İyul 27, 2026
Cəmiyyət

Bakının bu qəsəbələrində qaz olmayacaq

İyul 27, 2026
Cəmiyyət

İyulun bütün sosial ödənişləri yekunlaşdırıldı

İyul 24, 2026
Cəmiyyət

8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 2 nəfər vəzifədən azad edilib

İyul 24, 2026

XƏBƏR LENTİ

Çin Hindistan sərhədinə yaxın iki yüksək hündürlüklü bazaya ən azı qırıcılar yerləşdirib

28 İyul, 26 / 18:12

Sertifikasiya imtahanlarında 5 texniki səhv aşkarlanıb

28 İyul, 26 / 17:27

Ağdam, Füzuli və Cəbrayılda yanğınlar

28 İyul, 26 / 17:25

“Putinin Əliyevə zəngi Moskva-İrəvan xəttindəki gərginlikdən qaynaqlana bilər”

28 İyul, 26 / 17:23

Sahibə Qafarova bu ölkəyə gedib

28 İyul, 26 / 16:59

İranda müharibə zamanı yüzlərlə dövlət işçisi ölüb

28 İyul, 26 / 16:57

İsrailin müdafiə naziri ABŞ-ın İranın enerji obyektlərinə hücumlara icazə vermədiyini bildirib

28 İyul, 26 / 16:55

Yaponiyada zəlzələ, ticarət mərkəzi uçub

28 İyul, 26 / 16:49

913 uşaq müəssisələrdən ailələrinə qaytarıldı

28 İyul, 26 / 16:45

Finlandiyanın cənubundakı hava məkanı bağlanıb

28 İyul, 26 / 16:42

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.