Cəmiyyət

20 iyul – Beynəlxalq Şahmat Günüdür

20 İyul 2026, 13:173
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

20 iyul 1966-ci ildən Beynəlxalq Şahmat Günü kimi qeyd edilir.

Zefer.media xəbər verir ki, həmin bayram əsası 1924-cü ildə qoyulmuş Beynəlxalq Şahmat Federasiyasının (FİDE) qərarı ilə keçirilir.

Bütün rəsmi yarışlar, o cümlədən kişi və qadınlar arasında dünya çempionatları, kişi, qadın, tələbə və yeniyetmələrin komanda birincilikləri, Avropanın komanda birinciliyi, Avropa Çempionlar kuboku, Panamerikan fərdi yarışları FİDE-nin himayəsi altında baş tutur.

FİDE 1950-ci ildən kişilərə, 1976-cı ildən isə qadınlara beynəlxalq qrossmeyster adı verir.

Sözügedən əlamətdar tarixi dünya üzrə 605 milyon müntəzəm şahmatçının bir çoxu qeyd edir. 2012-ci ildə “Yougov” sorğusu göstərib ki, “yetkin əhalinin 70%-i heyrətamiz dərəcədə stabil şahmat oynayıb. Bu rəqəm ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya və Hindistan kimi müxtəlif ölkələrdə təxminən eyni səviyyədədir.

Şahmatı təkcə bir idman növü kimi düşünməyək, onun zəkanın, zehnin inkişafında böyük rol oynadığını da unutmaq olmaz. Təsadüfi deyil ki, bəzi valideynlər uşaqları ağıllı, düzgün qərar verə bilən insanlar olsun deyə onları şahmata qoyurlar.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600