Cəmiyyət

Bakı və Astaranın bir hissəsi işıqsız qalacaq

20 İyul 2026, 10:5110
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri ilə əlaqədar iyulun 20-də saat Bakının Elşən Süleymanov küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə Zefer.media-ya Azərişıq ASC-dən məlumat verilib.

Bildirilib ki, həmçinin Astara Elektrik Şəbəkəsinə (EŞ) daxil olan 110/35/10 kV-luq “Astara” yarımstansiyasından çıxan 35 kV-luq “Lovayın” hava xəttində təmir işləri həyata keçiriləcək. Planlı fasilə saat 15:00-dan 16:00-dək Astaranın Pensər, Kakalos, Şahağacı, Lovain, Siyaku, Hamoşam, Toradi, Təngərud, Çayoba kəndlərinin bir hissəsini əhatə edəcək.

“Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək”, – məlumatda qeyd olunub.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600