• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24.2° Weather Columbus
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Bu ərazilərin azad olmasını istəyirik – Dövlət başçısı

13 İyul, 26 / 11:46
A A

Fransanın daxili işlərinə qarışmırıq.

Zefer.media xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.

“Azərbaycan Avropa Şurasına qəbul olunanda ölkəmizin nümayəndə heyətinin ilk rəhbəri mən olmuşam və Strasburqa getmişdim. Orada Avropa Şurasının rəhbərliyindən eşitdiyimiz ilk fikirlərdən biri belə idi ki, insan hüquqları heç bir ölkənin daxili işi hesab oluna bilməz. Biz bunu qəbul etdik və yaxşı tələbələr kimi öyrəndik. İndi isə Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik, müstəmləkə bərabərsizliyi və kolonial idarəçilik məsələlərini qaldıranda, təkcə bu təşkilat deyil, Azərbaycan hökuməti də Fransanın daxili işlərinə qarışmaqda ittiham olunur. Halbuki biz Fransanın daxili işlərinə qarışmırıq. Çünki insan hüquqları universal məsələdir. Bakı Təşəbbüs Qrupu, məncə, bu mövzunu beynəlxalq gündəmə çıxaran ilk və ən səmərəli qeyri-hökumət təşkilatıdır. Uzun illər Fransanın dənizaşırı əraziləri, yəni faktiki müstəmləkələri ciddi təzyiqlər altında yaşayıb. Orada qanunsuz hərəkətlər, o cümlədən nüvə sınaqları keçirilib. Fransa Polineziyasında neçə nüvə sınağı aparılıb? Yüz, iki yüz, bəlkə də daha çox. Nəticədə çox sayda insan həyatını itirib, sağlamlığını itirib. Bakı Təşəbbüs Qrupu bu məsələləri qaldıranda isə əsassız şəkildə “hibrid müharibə” aparmaqda ittiham olunur. Bu tamamilə ədalətsiz yanaşmadır. Mən hesab edirəm ki, müstəqil medianın rolu burada son dərəcə vacibdir. Uzun illər Yeni Kaledoniya, Polineziya, Martinika və digər ərazilərdə baş verən problemlərlə bağlı eşidilən zəif səslər susdurulurdu. Onlara təzyiq göstərilir, şantaj edilirdi. Mənə verilən məlumata görə, Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirak edən bəzi şəxslər hətta saxlanılıblar. Onlar təkcə Fransada deyil, İsveçrədə də saxlanılıb. Bəziləri hətta həbs olunub. Bütün bunları edənlər isə dünyaya insan hüquqları və demokratiya dərsi keçməyə çalışırlar. Bilirsiniz, bumeranq çox təsirli silahdır. Azərbaycana hücum etmək istəyənlər bizi düzgün qiymətləndirmədilər. Amma bu məsələ Bakı Təşəbbüs Qrupunun fəaliyyətindən daha geniş məna daşıyır. Bir daha qeyd etmək istəyirəm ki, medianın rolu son dərəcə vacibdir. Media müstəmləkəçiliyə qarşı çıxmaq üçün kifayət qədər cəsarət göstərməlidir. Bu məsələ Fransa ilə münasibətlərimizdən ibarət deyil. Bəli, Fransanın Azərbaycanın suverenliyi ilə bağlı tutduğu mövqe münasibətlərimizə müəyyən mənada mənfi təsir göstərib. Fransada qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına yönəlmiş qərarlar qəbul olunub. Hətta hazırda Fransada mövcud olmayan həmin qondarma qurumun “nümayəndəliyi” fəaliyyət göstərir”, – dövlət başçısı deyib.

Prezident İlham Əliyev qeyd edib ki, lakin bunlar əsas məsələ deyil:

“Söhbət beynəlxalq münasibətlərin fundamental prinsiplərindən gedir. XXI əsrdə sizdən 10 min kilometr uzaqda yerləşən əraziləri müstəmləkə kimi saxlamaq olmaz. Həmin ərazilərin insanları sizi istəmirlər. Onlar öz həyatlarını yaşamaq istəyirlər. Yeni Kaledoniyadan və digər ərazilərdən qat-qat kiçik dövlətlər bu gün müstəqildir. Onların BMT-də səsi, bayrağı və dövlətçiliyi var. Bəs niyə həmin xalqların bu hüququ olmasın? Mən hesab edirəm ki, bu məsələ həm dövlətlər, həm də vətəndaş cəmiyyəti üçün ciddi sınaqdır. Əgər dünyanın müxtəlif yerlərində Bakı Təşəbbüs Qrupu kimi daha çox təşkilat yaransa, onlar birlik yaradaraq bu məsələlərdə daha güclü mövqe nümayiş etdirə bilərlər. Belə bir koalisiya bu təzyiqlərin dayandırılması üçün daha təsirli fəaliyyət göstərə bilər. Söhbət təkcə Yeni Kaledoniyadan getmir. Hətta Avropanın özündə də belə nümunələr var. Məsələn, Korsikaya baxın. Avropanın mərkəzində yerləşən bu bölgənin insanları öz həyatlarını yaşamaq, dillərini qorumaq və milli kimliklərinə hörmət edilməsini istəyirlər. Onlar Fransanın ərazisini ələ keçirmək istəmirlər. Sadəcə, ata-baba torpaqlarında ləyaqətlə və kənar idarəçilik olmadan yaşamaq istəyirlər. Biz bu məsələyə xüsusilə həssasıq. Çünki özümüz də müstəmləkə həyatı yaşamışıq. XIX əsrdə müstəmləkəyə çevrildik. Daha sonra Sovet İttifaqının tərkibində formal respublika olmağımıza baxmayaraq, müstəqil deyildik. Bu səbəbdən müstəmləkəçiliyin nə olduğunu da, azadlığın dəyərini də yaxşı bilirik. Məsələn, XIX və XX əsrlərdəki Azərbaycanla bugünkü Azərbaycan arasında gecə ilə gündüz qədər fərq var. O dövrdə bizim yalnız sərvətlərimizi aparırdılar. Azərbaycandan milyard barel deyil, milyard ton neft çıxarılıb. Sovet İttifaqı dağılanda isə ölkəmiz nə təbii qazla, nə də elektrik enerjisi ilə təmin olunmuş vəziyyətdə idi. Bu günə qədər Bakının ətrafında neft hasilatı nəticəsində çirklənmiş ərazilərin təmizlənməsinə milyardlarla vəsait xərcləyirik. Son 30 ildən artıq müddətdə isə Azərbaycan, qeyd olunduğu kimi, artıq orta güc dövlətinə çevrilib. Bu, müstəqilliyin bizə qazandırdığı üstünlükdür”.

Prezident İlham Əliyevin sözlərinə görə, Sovet İttifaqı dağılanda Rusiyada bir çox analitik deyirdi ki, bu respublikalar mərkəzsiz yaşaya bilməyəcək və məhv olacaq:

“Amma nə baş verdi? Hamısı yaşayır. Bəziləri daha firavan, bəziləri isə nisbətən zəif inkişaf edir. Lakin onların heç biri məhv olmadı. Məhz buna görə biz müstəqilliyi dəstəkləyirik. Yeni Kaledoniyanın, Polineziyanın, Martinikanın və Sen-Martenin azad olmasını istəyirik. Bir daha vurğulayıram ki, bunun Fransa ilə münasibətlərimizə heç bir aidiyyəti yoxdur. Bu məsələ bəzən yanlış təqdim olunur və Azərbaycana qarşı istifadə edilir. Ümid edirəm ki, bu mesajlarım Parisdə də düzgün qəbul olunacaq. Çünki hazırda Fransa ilə münasibətlərin normallaşdırılması prosesindəyik. Onlar bizi tənqid edirlər, biz də onları tənqid edirik. Bu, normaldır. Bu, hücum deyil. Bu, iki suveren dövlət arasında normal işgüzar münasibətlərin bir hissəsidir. Heç biri digərindən üstün deyil və heç kəs digərinə nə etməli olduğunu diktə edə bilməz. Amma öz mövqeyini ifadə etmək, narahatlığını bildirmək və tənqid etmək tamamilə normaldır”.

Bənzər Xəbərlər

Siyasət

Türk dünyası yeni mərhələyə keçir - Politoloqdan açıqlama

İyul 31, 2026
Manşet

Baş nazir sərəncam imzaladı

İyul 31, 2026
Manşet

Çatalca bələdiyyəsinin sədri “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin ofisini ziyarət edib

İyul 31, 2026
Dünya

“Rusiya Ermənistan təchizatını asanlıqla əvəz edə bilər”

İyul 31, 2026
Siyasət

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib

İyul 31, 2026
Siyasət

Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib

İyul 31, 2026

XƏBƏR LENTİ

Türk dünyası yeni mərhələyə keçir - Politoloqdan açıqlama

31 İyul, 26 / 18:53

150 balla qəbul mümkün olan ixtisaslar – Rəsmi

31 İyul, 26 / 16:41

Baş nazir sərəncam imzaladı

31 İyul, 26 / 16:38

Mərakeşdən İspaniyaya miqrant axını davam edir

31 İyul, 26 / 16:35

ABŞ və İsrail İrana qarşı mümkün quru blokadasını müzakirə edir

31 İyul, 26 / 16:26

Çatalca bələdiyyəsinin sədri “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin ofisini ziyarət edib

31 İyul, 26 / 16:07

Yeni müttəfiqlik mərhələsi: Azərbaycan və Qırğızıstanı hansı imkanlar gözləyir? – ŞƏRH

31 İyul, 26 / 15:31

Çin milli müdafiə və silahlı qüvvələrini modernləşdirməyi planlaşdırır

31 İyul, 26 / 14:21

“Rusiya Ermənistan təchizatını asanlıqla əvəz edə bilər”

31 İyul, 26 / 14:17

SEPAH: “Hörmüz boğazında iki tanker vurularaq saxlanılıb”

31 İyul, 26 / 14:13

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.