• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24° Weather Columbus
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

İlham Əliyev ABŞ-İran münaqişəsindən danışdı

13 İyul, 26 / 11:44
A A

Azərbaycan ABŞ ilə İran arasındakı münaqişəyə tezliklə son qoyulacağına ümid edir.

Zefer.media xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan, demək olar, müharibənin mərkəzindədir:

“Hazırda həm şimalımızda, həm də cənubumuzdakı qonşu ölkələrin hər ikisi müharibə şəraitindədir. Bu da bizim ölkəmizin qorunması baxımından narahatlıq doğurur. Eyni zamanda əlimizdən gələni edirik ki, regionda sülh olsun, bu münaqişəyə, qan tökülməsinə son qoyulsun. Xüsusilə də, bu məsələdə Pakistanı, dostum Şahbaz Şərifin səylərini qeyd etmək istəyirəm. Onlar vasitəçilik baxımından ABŞ və İran arasında böyük iş görüblər. Təəssüf ki, bu, çox çəkmədi. Ancaq yenə də ümid edirəm ki, hazırkı münaqişənin yenidən başlanması uzunmüddətli olmayacaq. Tezliklə münaqişəyə son qoyulacağına ümid edirəm. Əminəm ki, sülh mümkündür. Amma bu gün nəyəsə proqnoz vermək çətindir”.

İlham Əliyev həmçinin vurğulayıb ki, Azərbaycan bu məsələdə yalnız sülh istəyir:

“Bizim sərhədlərimizin hüdudları boyunca sabitlik var. Ancaq sərhədləriniz boyunca münaqişələr varsa, özünüzü təhlükəsiz hiss edə bilməzsiniz. Azərbaycan bir ildən azdır ki, sülh şəraitində yaşayır. Biz sərhədlərimizin şimalında da, cənubunda da sülh olmasını istəyirik. Təbii ki, sülh ədalətli olmalı, beynəlxalq hüquqa söykənməlidir. Çünki Azərbaycan Ermənistanla münaqişə dövründə də hər zaman beynəlxalq hüququn tərəfdarı olub. Biz özümüzü həm qoruyur, həm də müdafiə edirdik. Çünki Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərindən işğala məruz qalmışdı. Hər zaman münaqişəni sülh yolu ilə həll etməyə çalışırdıq. Ancaq bu, baş vermədi və məsələni hərbi yolla həll etdik, lazım olduğundan daha irəli getmədik. Halbuki qəlbimizdə 30 ildir yara var idi. Yenə də lazım olan məqamda dayandıq. Təbii ki, başqa imkanlarımız da var idi. Ancaq biz müdrik məsuliyyətli tərəfdaş olduğumuzu sübut etdik”.

Dövlət başçısı eyni zamanda qeyd edib ki, Pakistana beynəlxalq səviyyədə hörmət var:

“ABŞ və İran arasında vasitəçilik edə bilən yeganə ölkə oldu. Bu məsuliyyəti öz üzərinə götürə bildi. Son hadisələri və yeni gərginlikləri nəzərə alaraq bu mübarizədə atəşkəs çox vacibdir. Düşünürük ki, bunu Pakistandan yaxşı heç kim edə bilməz. Əminəm ki, Pakistan bundan sonra da səylərini davam etdirsə, yeni nailiyyət əldə edəcək və Orta Şərqə sülh gələcək”.

Bənzər Xəbərlər

Siyasət

Türk dünyası yeni mərhələyə keçir - Politoloqdan açıqlama

İyul 31, 2026
Manşet

Baş nazir sərəncam imzaladı

İyul 31, 2026
Manşet

Çatalca bələdiyyəsinin sədri “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin ofisini ziyarət edib

İyul 31, 2026
Dünya

“Rusiya Ermənistan təchizatını asanlıqla əvəz edə bilər”

İyul 31, 2026
Siyasət

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib

İyul 31, 2026
Siyasət

Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib

İyul 31, 2026

XƏBƏR LENTİ

Türk dünyası yeni mərhələyə keçir - Politoloqdan açıqlama

31 İyul, 26 / 18:53

150 balla qəbul mümkün olan ixtisaslar – Rəsmi

31 İyul, 26 / 16:41

Baş nazir sərəncam imzaladı

31 İyul, 26 / 16:38

Mərakeşdən İspaniyaya miqrant axını davam edir

31 İyul, 26 / 16:35

ABŞ və İsrail İrana qarşı mümkün quru blokadasını müzakirə edir

31 İyul, 26 / 16:26

Çatalca bələdiyyəsinin sədri “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin ofisini ziyarət edib

31 İyul, 26 / 16:07

Yeni müttəfiqlik mərhələsi: Azərbaycan və Qırğızıstanı hansı imkanlar gözləyir? – ŞƏRH

31 İyul, 26 / 15:31

Çin milli müdafiə və silahlı qüvvələrini modernləşdirməyi planlaşdırır

31 İyul, 26 / 14:21

“Rusiya Ermənistan təchizatını asanlıqla əvəz edə bilər”

31 İyul, 26 / 14:17

SEPAH: “Hörmüz boğazında iki tanker vurularaq saxlanılıb”

31 İyul, 26 / 14:13

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.