Ermənistanın Baş naziri Nikol Paşinyan Tehranda İran Prezidenti Məsud Pezeşkian ilə görüşüb.
Zefer.media xəbər verir ki, tərəflər görüş zamanı regional məsələləri müzakirə edib, Cənubi Qafqazda sülhün, sabitliyin və regional əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində addımların ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Pezeşkian bildirib ki, İran bu çətin dövrdə Ermənistan hökumətinin Tehrana münasibətdə nümayiş etdirdiyi mövqeyi və göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirir.
Görüşlər geniş tərkibdə də davam etdirilib. Ermənistan nümayəndə heyətinə Baş nazirin müavini Mqer Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xarici işlər nazirinin müavini Vahan Kostanyan da daxil olub.
Zərintac Mayisqızı

















