Cəmiyyət

2 iyul – Azərbaycan Polisi Günü

2 İyul 2026, 16:274
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

2 iyul – Azərbaycan Polisi Günüdür.

Zefer.media xəbər verir ki, bu əlamətdar gün hər il ölkəmizdə qeyd edilir.

Tarixinə də bir nəzər yetirək: Azərbaycan Respublikası Prezidenti Əbülfəz Elçibəyin 6 iyun 1992-ci il tarixli, 830 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası daxili işlər orqanları sistemində fəaliyyət göstərən milis mövcud hüquqi statusunu saxlamaqla polis adlandırılıb və eyni fərmanla iyun ayının 6-sının hər il “Azərbaycan polisi günü” kimi keçirilməsi qərara alınıb. Beləliklə, 1998-ci ilədək hər il 6 iyun tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilib.

24 may 1998-ci ildə isə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 710 nömrəli Fərmanına əsasən, Azərbaycan Polisi Gününün tarixi dəyişdirilib, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün — 2 iyul Azərbaycan Polisi Günü elan olunub.

Vətənin keşiyində layiqincə durmağı bacaran bütün polislərimizi təbrik edirik!

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600