Dünya

İran ABŞ-ni Hörmüz boğazı ilə bağlı hədələyib

2 İyul 2026, 15:581
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün SEPAH-ın Xatəmül-Ənbiya Qərargahı ABŞ-nun Hörmüz boğazı ətrafındakı vəziyyətə hər hansı müdaxiləsinin İran Silahlı Qüvvələri tərəfindən “dərhal və qətiyyətli” cavabla qarşılanacağını bəyan edib.

Zefer.media xəbər verir ki, qərargahın yaydığı açıqlamada vurğulanıb:

“Hörmüz boğazı İranın suverenlik ərazisinin bir hissəsidir və onun təhlükəsizliyi Tehran üçün “qırmızı xətt” hesab olunur”.

Bəyanatda o da qeyd edilib ki, neft tankerləri və digər ticarət gəmiləri İran tərəfindən müəyyən edilmiş marşrutlara riayət etməlidirlər. Bildirilib ki, naviqasiya qaydalarından hər hansı kənara çıxma və ya onlara əməl edilməməsi gəminin öz təhlükəsizliyini riskə atan pozuntu kimi qiymətləndiriləcək.

SEPAH ABŞ qırıcılarının Hörmüz boğazı üzərində daimi fəaliyyətini regionda sabitliyi pozan amil kimi dəyərləndirilib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600