İqtisadiyyat

Azərbaycanın qeyri-neft üzrə ixracı artdı

1 İyul 2026, 14:519
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

2026-cı ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,6% artaraq 1,5 milyard ABŞ dolları təşkil edib.

Zefer.media xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üzrə iyun sayında qeyd edilib.

Bildirilib ki, cari ilin may ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 faiz artaraq 396,7 milyon ABŞ dolları təşkil edib. Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 23,8 faiz artaraq 144,6 milyon ABŞ dollarına, qeyri-yeyinti məhsullarının ixracı isə 30,7 faiz artaraq 288,5 milyon ABŞ dollarına bərabər olub.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600